42-ci İstanbul Film Festivalı başladı

42-ci İstanbul Film Festivalı Kadıköy Bələdiyyəsi Süreyya Operasında keçirilən açılış mərasimi ilə başladı.

Kulis.az xarici medialara istinadən xəbər verir ki, festival 12 gün ərzində dünya kinosunun ən son nümunələrini, ustad rejissorların ən son filmlərini bir araya gətirir. Festivalda qonaq rejissor və aktyorların iştirakı ilə müsahibələr və xüsusi tədbirlər də yer aldı.

Bu il ilk dəfə olaraq festivalın açılış mərasimini Ali İhsan Varol aparıb. Festivalın Fəxri Mükafatları ilə yanaşı, festivalın təşkilində əməyi olan qurum və təşkilatlara təşəkkür bəlgələri təqdim edildi.

Share: