39 yaşlı kişi dəm qazından zəhərləndi

Şəmkirdə 39 yaşlı kişi dəm qazından zəhərlənib.

Müstəqil.Az  xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Həsənov Xəyal yaşadığı evdə dəm qazından zəhərlənib.
O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir.Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share: