37 günə Yer kürəsini dövr etdi – Video + Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan biznesmen Yan Zinqer 37 günə bütün Yer kürəsini dövr edib.

“Qafqazinfo” “REN TV”yə istinadən xəbər verir ki, o, dünya səyahətinə üç təkərli idman avtomobilində çıxıb. Y. Zinqer təkbaşına 2 min kilometrdən çox yol qət edib.

O, səyahətinə iyunun 15-də Sankt-Peterburq şəhərində başlayıb. Onun “dünya səyahəti” marşrutu Rusiya, Kanada, ABŞ və Avropa ərazisindən keçib.

Y. Zinqerin nəqliyyat vasitəsinin mühərriyi 173 at gücündədir və saatda 220 km sürətlə hərəkət edə bilir.

 




Share: