33 yaşında milyarder olan Markın gündəlik həyat tərzi – FOTOLAR

Mark Zukerberq dünyanın ən güclü insanlarından biri olmasına baxmayaraq, iş və şəxsi həyatına vaxt ayıra bilən adamlardan biridir. Markın bir gündə nələr etdiyi ilə maraqlanmaq istəyirsinizsə, yazımızı axıra kimi oxuyun. M.Zukerberq dünyanın ən zəngin insanlarında biridir. Hələ tələbə olarkən qurduğu “facebook” sosial şəbəkəsi ilə yanaşı, ucuz qiymətə alaraq təkmilləşdirdiyi “İnstaqram” və “vats-ap” ilə milyarder olub. Otuz yaşı olmasına baxmayaraq böyük uğurlara imza atıb.
Belə gərgin bir vəziyyətdə işləyən insanın idmana, əyləncəyə vaxtı olmadığını düşünürsünüzsə, yanılırsınız. Ailəsinə vaxt ayırmaqla yanaşı, Mark idmanla da məşğul olur.
Mark da hər gü saat 8-də yuxudan qalxır. Bizim kimi o, da “vats-ap”, “facebook” və “İnstqaram” səhifələrini gözdən keçirir. Bundan başqa ən azı həftədə üç dəfə idman zalına gedir. Yemək məsələsində də onun hər hansı bir problemi yoxdur. Gün ərzində nə istəsə, yeyir. Bunun üçün qarşısına elə bir şərt qoymayıb.
 M.Zukerberq qadın olsaydı, vaxtının çox hissəsini makiyaj və geyimə həsr edərdi. Amma geyim məsələsində də o, sürətlidir. Çox rahat və sadə geyinir. O, hər həftə 50-60 saat “facebook”da işləyir. Gündə səkkiz saat yatır. Bütün bunlarla yanaşı o, düşünməyə də vaxt tapır. O, “facebook”u 12 nəfər işçisi ilə idarə edir. İki həftəyə bir kitab oxumağı qarşısına məqsəd qoyan Mark, çin dilini də öyrənməyi bacarıb. Bütün bunlarla yanaşı o, səfərlərə də gedir.
“Facebook” kimi dünyanın ən böyük şirkətini idarə edən Zukerberq özünə vaxt ayıra bilirsə, özünə vaxt ayıra bilməyən insanlar papaqlarına qarşılarına qoyub yaxşı düşünməlidirlər.
Share: