Tərəfdarları Kiyevdə Saakaşviliyə dəstək aksiyası keçirir

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin onlarla tərəfdarı Kiyev Apellyasiya Məhkəməsinin binası yaxınlığında siyasətçiyə dəstək məqsədilə mitinq keçirir.

“Report” xəbər verir ki, mitinq iştirakçıları siyasətçini dəstəkləyən plakatlar qaldırıblar, onlar Saakaşvilinin azadlıqda qalmasını tələb edirlər.

Hazırda məhkəmə binası Milli Qvardiyanın döyüşçüləri və polis tərəfindən mühafizə olunur.

Qeyd edək ki, Kiyev şəhər Peçerski rayon məhkəməsi dekabrın 11-də prokurorluğun Saakaşvili barəsində ev dustağı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin etməyib, siyasətçi azadlıqda qalıb. Prokurorluq məhkəmənin Saakaşvilini ev dustaqlığına almaqdan imtina etməsi barədə qərarından şikayət verib. Gürcüstanın keçmiş prezidenti təqsirləndirildiyi maddə ilə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası ala bilər. Bu gün Kiyev Apellyasiya Məhkəməsi prokurorluğun apellyasiya müraciətinə baxacaq.

Müstəqil.Az

Share: