305 metrlik bir göydələn tikiləcək…

Moderator.az TASS-a istinadən xəbər verir ki, London şəhər hakimiyyəti “Square mile” işgüzar məhəlləsinin yeni görməli yeri kimi “Tulip” adı altında 305 metrlik göydələnin layihəsini bəyənib.
Bina, Qərbi Avropada ən yüksək – 310 metrə çatan London göydələni Şarddan sonra ikinci göydələn olacaq.  “Uzun müzakirələrdən sonra komitə həqiqətən bu nadir cazibə layihəsini təsdiqləməyə qərar verdi”, – bu barədə yerli planlaşdırma komitəsinin sədri Kris Hayvard bildirib.
“Tulip” layihəsi, tanınmış britaniyalı memar Norman Fosterin sahibi olduğu bir memarlıq bürosu olan Foster and Partners tərəfindən hazırlanmışdır. Bina özü ellips şəklində bir şüşə buton  tacı olan bir çiçək sapına bənzəyir.
Bu layihənin həyata keçirilməsi ilə bağlı yekun qərarı  Londonun  meri Sadiq xan qəbul etməlidir. Livan-Suriya mənşəli braziliyalı milyarder Cozef Safra “Tulip” göydələnini maliyyələşdirmək niyyətindədir.
Share: