30 il sonra ilk zəng — Video

Sentyabrın 15-də Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə 30 ildən sonra “Bilik Günü” tədbiri keçirilib, ilk zəng çalınıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirlə bağlı “Təhsil TV” xüsusi reportaj hazırlayıb.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib.

Məktəbdə 30 ildən sonra işə başlayan ilk müəllimlər öz təəssüratlarını bölüşüblər.

Füzuli rayonundan 14 yaşında çıxan Adıgözəlova Sevinc 44 yaşında bu məktəbə müəllim kimi qayıtmasından sevincli olduğunu bildirib.

Daha ətraflı videoda:

 


Share: