Adi günlərdə və ya bayram süfrələri üçün cəmi 30 dəqiqəyə çox dadlı və faydalı bananlı konfet hazırlaya bilərsiniz:
Tərkibi:
-
100 qr “Yubileynoye” peçenye
-
0,5 ədəd banan
-
4 xörək qaşığı qatılaşdırılmış süd
-
70 ml qaymaq (33%)
-
100 qr tünd şokolad
-
30 qr kərə yağı
-
50 qr qoz
Hazırlanma qaydası:
Peçenyeləri blenderdə toz halına gətirin.

Bananı çəngəllə əzin.

Əzilmiş bananı və toz halına gəlmiş peçenyeni qarışdırın. Üzərinə qatılaşdırılmış süd əlavə edib yaxşıca qarışdırın.
Hazırladığınız kütlədən konfetlər yuvarlayın və 30 dəqiqəlik soyuducuya yerləşdirin.
Şokolad və qaymağı qaba tökün və 30-45 dəqiqəlik mikrodalğalı sobaya yerləşdirin.
Sobadan götürün və tel çırpıcıyla və ya çəngəllə qarışdırın. Üzərinə kərə yağı əlavə edib yenə qarışdırın.
























