3 saat təyyarədə qalan sərnişinlər huşunu itirib bayıldılar – FOTO

Yunan adalarından İngiltərənin Stansted şəhərinə uçmağı planlaşdırılan sərnişin təyyarəsində qalmaqal baş verib. Saatlarla havaya qalxmayan təyyarənin içindəki istilik 30 dərəcəni keçib və ventilyasiya sistemi işləməyib.
Müstəqil.az xəbər verir ki, uçuş əməkdaşları təyyarənin yenidən benzin alması lazım olduğunu və daha sonra dərhal qalxacaqlarını bildiriblər. Ancaq 3 saat ərzində sərnişinlərin yerlərindən qalxmasına icazə verilməyib və heç bir sualları cavablandırılmayıb.
Bu zaman təyyarənin içindəki istilik 30 dərəcəni keçib və sərnişinlərdən bir neçəsi hava şəraiti ağır olduğu üçün bayılmağa başlayıb. Aclıqdan huşunu itirmək üzrə olan sərnişinlər 3 ssat sonra təyyarədən eniblər.
Qeyd edək ki, uçuş şirkəti bəyanat verərək uçuşun texniki problemlərə görə təxirə salındığını açıqlayıb.
Müstəqil.Az

Share: