Məktəblərdə qidalanma rasionlarına nəzarət gücləndiriləcək

Azərbaycanda məktəbəqədər, məktəb və ali təhsil müəssisələrində qidalanma rasionlarına dövlət nəzarəti həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

Agentlik sədri bildirib ki, təhsil müəssisələrində uşaqların qidalanması məsələsi də diqqət mərkəzindədir:

“Gələcək indiki nəsildən asılıdır. Yaxın zamanlarda Təhsil Nazirliyi ilə birlikdə həmin müəssisələrə bildirişlər göndəriləcək”.

Müstəqil.Az

Share: