Meksika millisinin kapitanı Dünya Çempionatının tarixinə düşdü

Meksika milli komandasının kapitanı Rafael Markes Dünya Çempionatı tarixinə düşüb.

Publika.az xəbər verir ki, 39 yaş 139 günlük kapitan Dünya Çempionatının 1/8 finalında oynayan ən yaşlı futbolçu olub.

Dünən Braziliya qarşısında start heyətində mübarizə aparan Rafael bu göstərici ilə 1954-cü ildə eyni rekordu qıran Stenli Metyuzu geridə qoyub.

Xatırladaq ki, Stenli Metyuz 1954-cü ildə 39 yaş 145 günlük ikən İngiltərə forması ilə Uruqvaya qarşı oynamışdı.

Müstəqil.Az

Share: