3-8 yaşlı uşaqlar diri-diri yandı – Kərkükdə faciə

İraqın Kərkük şəhərində yanğın baş verib, 3 nəfər yanıb, 3 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin şimal-şərqində qaçqınların qaldığı çadır düşərgəsində qeydə alınıb.

Kərkük polis idarəsinin nümayəndəsi Əfrasiyab Kamil deyib ki, yanğının səbəbi hələlik bəlli deyil.

Onun sözlərinə görə, yanğın zamanı ölənlər 3-8 yaşlı uşaqlar olub.

Müstəqil.Az

Share: