25 yaşlı gənci öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı — Yenilənib

Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

***

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Höccət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Share: