207 saylı məktəbdə”Vətənimin qəhrəman oğulları” mövzusunda tədbir keçirilib…

Müstəqil.Az bildirir ki,Mart ayının 15-də Bakı şəhəri N.Nərimanov rayonu S.Yolçiyev adına 207 saylı tam orta məktəbin 1a sinfində “Vətənimin qəhrəman oğulları” mövzusunda tədbir keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etmişdir.
Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra birincilərin ifasında dövlət himnimizin səslənməsi ilə başlayan tədbir şagirdlərin milli qəhrəmanlar haqqında olan çıxışları və şeirlərlə davam edib.
Şagirdlər “Qalx,qalx,ulu bayraq!” mahnısını ifa etdikdən sonra 1a sinfinin rəhbəri Məmmədova Zemfira  Azərbaycanın tarixindən və bu günündən danışaraq belə tədbirlərin şagirdlərin vətənpərvərlik hissinin formalaşmasında böyük rolu olduğunu söyləyib.
Məktəbin direktoru Seyidova Sədaqət  vətənpərvərlik hissinin ailədə başlayıb məktəbdə davam etməsini qeyd edərək qəhrəmanların tanınması üçün belə tədbirlərin əhəmiyyətli olduğunu bildirmişdir.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəliyeva Gülnarə müəllimə bu tədbirin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayaraq  tezliklə qələbə tədbiri keçirməyimizi arzulayıb.
İngilis dili müəllimləri İmamquliyeva Güldərya və Yaqubova Nüşabə müəllimə də tədbir haqqında yüksək fikir söyləyərək belə məsuliyyətli çıxış üçün birincilərə təşəkkürlərini bildiriblər.
Güldərya müəllimə şagirdlərə dilimizi və tariximizi öyrənməklə yanaşı, gələcəkdə beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün ingilis dilinin öyrənilməsinin də zəruriliyini vurğulayıblar.
Tədbirdə valideyn qismində iştirak edən şairə-yazar Sevil Gül Nur, Ağayeva Zemfira,Məmmədova Günel tədbir üçün məktəb rəhbərliyinə və sinif müəlliminə təşəkkür edib belə tədbirlərin məktəblərdə mütəmadi keçirilməsinin vacibliyini bildiriblər.
Sonda isə Zemfira müəllimə özünün stolüstü kitabı olan şairə-yazar Sevil Gül Nurun “Şəhadət sarayı” kitabında da haqqında danışılan qəhrəmanlar haqqında geniş məlumatların olduğunu və tədbirdə həmin məlumatlardan istifadə edildiyini qeyd edərək müəllifə təşəkkür edib yaradıcılıq uğurları arzulamışdır.
MÜSTƏQİL.AZ

Share: