2036-cı il Olimpiya Oyunları bu ölkədə keçirilə bilər

Hindistanın Baş naziri Narendra Modi ölkənin 2036-cı il Yay Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etməkdə maraqlı olduğunu açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Mumbayda keçirilən açılış sessiyasında deyib.

Hindistan Olimpiya Oyunlarına ev sahibliyi etməkdə çox maraqlıdır və onun təşkili üçün bütün səylərini əsirgəməyəcək. Bu, 1,4 milyard insanın çoxdankı arzusudur, sizin dəstəyiniz və əməkdaşlığınızla həyata keçirilməlidir”, – Modi bildirib.

Qeyd edək ki, Meksika, Türkiyə, İndoneziya və Polşa daha əvvəl 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət etmişdilər.


Share: