20 manata 130 uşaq kitab – Azərbaycanda qeyri-adi layihə

Kitabın nə dərəcədə vacib nəsnə olduğunu bir daha xatırlamağa ehtiyac yoxdur. Ələlxüsus da uşaqlarn formalaşmasında kitabların müstəsnə xidmti olduğunu hamımız bilirik. Lakin ölkəmizdə ürək ağrısı ilə qeyd etdiyimiz məqamlardan birinin oxucu sayının az olmasıdır. Oxucuların isə ən çox şikayət etdiyi məqam kitabların qiymətinin baha olması ilə bağlıdır.
Müstəqil.az xəbər verir ki, Azərbaycanda bir qrup ailə bu problemin həllini tapıb. Onlar xüsusi proqram quraraq 10 kitabın məbləğinə 130 kitab oxumaq şansı qazanıb.
Layihənin təşkilatçısı Hüseyn Həsənovun Moderator.az-a verdiyi məlumata görə bu yöndə ilk addım eyni fikirdə olan, yəni övladlarına kitab oxumaq istəyən ailələrin birləşməsidir: “12 ailə bir araya gələrək 132 uşaq kitabı aldıq. Kitabevim.az da 10% endirim etdikdən sonra 12 kitabın cəmi məbləği təxminən 15 -20 azn oldu. Təqribən 1 aydan bir kitablar əl dəyişdirəcəkdir. Kitabların dəyişəcəyi tarixlər əvvəlcədən hesaablanmışdır və zamanı gəldiyində koordinasiya üzərə dəyişdiriləcəkdir. Beləliklə 29 Dekabr 2018 tarixində bütün ailələr 132 ktitabı övladlarına oxumuş olacaqdır. Son görüşdə isə hərkəs ilk aldığı kitabları geri almış olacaq”
Layihə əsasən 5 hissədən ibarətdir:
1- Kitab siyahısının hazırlanması
2- 12 ailənin razılaşması
3- Dəyişmə koordinasiyasının hazırlanması
4- Hər ailənin alacağı 12 kitabın təyin edilməsi
5- Və başlamaq
Hüseyn Həsənov onu da qeyd edir ki, hazırda bu pillələr təcrübə edildiyi üçün növbəti layihələr daha asan olacaq. Bu layihəni öz aralarında etmək istəyən başqa ailələr də olarsa, hazırlanmış kitab siyahısını və koordinasiya cədvəlini həmin ailələrətəqdim edilə bilər. r.

Share: