188 nəfərlik təyyarə 1 sərnişinlə səfərə çıxdı

Litva vətəndaşı Skirmantas Strimaytis Vilnüsdən İtaliyaya uçan “Boeing 737-800” tipli təyyarənin yeganə sərnişini olub.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, 188 nəfərlik sərnişin daşıma qabiliyyətinə malik təyyarədə litvalı sərnişin İtaliyanın Bergamo aeroportuna iki pilot və beş bort köməkçisi ilə birlikdə uçub.

Turist şirkəti “Novatrus” məlumat yayıb ki, əslində təyyarə İtaliyadan Litvaya turist qrupunu gətirmək üçün göndərilib. Sadəcə boş uçmasın deyə turfirma yalnız bir tərəfə bilet satıb. Məhz həmin biletlərdən cəmi bir nəfər alıb.

Share: