15 yaşlı oğlan qonşu qızın telefonunu aldı, atasını bıçaqladı

Ağdaşda 15 yaşlı oğlan mobil telefona görə qonşusunu bıçaqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, 40 yaşlı şəhər sakini B.Əmrahov ötən gün qızına məxsus telefonu almaq üçün 2007-ci il təvəllüdlü qonşuları N.Axundovun (şərti) evinə gedib.

Telefonu istəyən zaman tərəflər arasında mübahisə yaranıb. Bu zaman 15 yaşlı N.Axundov B.Əmrahovu qolundan bıçaqlayaraq xəsarət yetirib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.


Share: