14 ildən sonra yenidən nazir seçildi

Türkiyənin yeni maliyyə və xəzinə naziri Mehmet Şimşək təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəni əvvəl Nurəddin Nəbati icra edib.

Qeyd edək ki, yeni nazir 1967-ci ildə Batmanda anadan olub. Şimşək 22 iyul 2007-ci il seçkilərində AK Partiyadan seçilib. Şimşək 2009-cu ilin may ayında açıqlanan kabinet dəyişikliyi ilə Maliyyə Naziri vəzifəsinə təyin edilib. 64-cü hökumətdə isə Baş nazirin müavini vəzifəsinə təyinat alıb.

Şimşək evlidir, üç övladı var.


Share: