Azərbaycan şairləri Türkiyənin nüfuzlu dərgisində…

Türkiyənin nüfuzlu “Heca” dərgisi (317-ci say) “Modern Azərbaycan Şeiri” xüsusi sayını nəşr edib.

Müstəqil.Az bildirir ki, nüfuzlu dərgidə şair, Azərbaycan Yazıçılar Birliyinin katibi Salim Babullaoglunun tərtibçiliyi və “ön söz”ü, tanınmış tərcüməçi Ömər Kiçikməhmədoğlunun tərcüməsində hazırlanan xüsusi sayda Rəsul Rza, Əli Kərim, Fikrət Qoca, Nurəngiz Gün, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Adil Mirseyid, Zahid Sarıtorpaq, Rasim Qaraca, Elxan Zal, Həmid Herisçi, Azad Yaşar, Salam Sarvan, Qulu Ağsəs, Səlim Babullaoğlu, Zahir Əzəmət, Aqşin Yenisey, Jalə İsmayıl, Rəbiqə Nazimqızı, Qismət, Fərid Hüseyn, Aqşin Evrən və Səxavət Sahilin şeirləri yer alıb.

Müstəqil.Az

Share: