12 taxıl yüklü gəmi Ukrayna limanlarından yola düşdü

Taxıl daşınması çərçivəsində daha 12 gəmi Ukraynadan yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə milli müdafiə nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında, Ukrayna limanlarında taxılın daşınmasının İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin nəzarəti altında davam etdiyi və bu gün səhər saatlarından etibarən daha 12 taxıl yüklü gəminin Ukrayna limanlarını tərk etdiyi bildirilib.


Share: