Səlim Babullaoğlu Vaqif Səmədoğlu adına medalla təltif edildi

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu Vaqif Səmədoğlu adına medalla təltif olunub.

Müstəqil.Az bildirir ki, bu haqda S. Bəabullaoğlu özünün Feysbuk sosial şbəkəsindəki divarında yazıb: İki saat əvvəl Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə xanım Vəkilova zəng elədi və dedi ki, Vaqif Səmədoğlu medalı ilə təltif olunmuşam. Həm əziz Nüşabə xanıma, həm Mərkəzin İdarə heyətinin bütün dəyərli üzvlərinə dərin təşəkkür edirəm. Vaqif Səmədoğlunun xatirəsi mənim üçün çox əzizdir. Ruhu şad olsun!

Biz də Müstəqil.Az-ın yaradıcı kollektivi olaraq tanınmış şairimizi təbrik edir, ona yardıcılıq uğurları arzulayır və Vaqif Səmədoğlunun ruhu şad olsun, deyirik.
Tural Balabəyli

Share: