Vüqar Əhməd Türkiyədə konfransda iştirak edib

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Turanın Xalq Şairi Vüqar Əhməd DATÜB-ün (Dünya Ahıska Türkləri Birliyi) dəvəti, TİKA-nın təşkilatçılığı ilə 20-22 oktyabr tarixində Türkiyənin Antalya şəhərində keçirilən “Uluslararası Ahıskalı Türk Qadınları simpozyumu”nda “Ahıskalı türk kadını Şəfiqə Əfəndizadə” adlı məruzə ilə çıxış edib. Əməkdaşımızın elmi məruzəsi konfrans iştirakçıları tərəfindən hərarətlə qarşılanıb.
Vüqar Əhməd təşkilatın başqanı Ziyəddin Həsənov tərəfindən diplom, təşəkkürnamə ilə təltif olunmuş və ona hədiyyələr təqdim edilmişdir. Professor Vüqar Əhmədə elmi yaradıcılığında uğurlar arzu edirik!

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi

Share: