“Dünya Ahıskalı qadınları simpozyumu” keçirildi…

Dünya Ahıskalı Türkləri Birliyi (DATÜB) 20-22 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində “Dünya Ahıskalı qadınları simpozyumu” keçirmişdir. Simpozyumda dünyanın 9 ölkəsindən (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və s.) elm adamları, ziyalılar, ictimai fəallar və s. iştirak etmişdir.

Simpozyumun birinci günündə sosiologiya və filologiya bölmələrində elmi məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Sabir Abdullayeva simpozyumda “Saatlı rayonunda Ahıskalı qadınların məşğulluğunun təmin edilməsində peşə seçiminin rolu” mövzusunda çıxış etmişdir. Simpozyumun ikinci günündə Akdəniz Universitetində “Ahıska əyaləti, Hertvis sancağı, Tahrir dəftəri, 1860-ci il” və “Qarabağ Azərbaycandır” kitablarının təqdimatı olmuşdur.

Müstəqil.Az

Share: