100 illik tarixi olan xüsusi xidmət orqanlarımız -“Əksinqilabla Mübarizə Təşkilatı”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərman ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. 30 oktyabr 2018-ci ildə dövlət başçımızın “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.Bu günlərdə də  Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)”illiyi ilə bağlı, yüksək dövlət səviyyəsində tədbirlər həyata keçirilir.Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış tədqiqatçımız ,Prezident mükafatçısı  Adıgözəl Məmmədov təhlükəsizlik orqanlarımızın əməkdaşlarını Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)”illiyi ilə bağlı təbrik edir və  Azərbaycan Xalq Cümhuriyyətinin “Əksinqilabla Mübarizə Təşkilatı” barədə araşdırmalarını oxuculrımıza təqdim edir.
 Rusiyada çar II Nikolay devrildikdən sonra Zaqafqaziyadakı yerli qüvvələr Peterburqun hadisələrə hərbi təsir etmək imkanlarının zəiflədiyini anlayaraq Tiflisdəki hakimiyyəti ələ keçirmişdilər. Keçmiş Çar Rusiyasının Tiflis canişinliyində Zaqafqaziyanın müvəqqəti hökuməti yaradılmışdı. Zaqafqaziya komitəsi təsis edilmişdi. Bu komitə hökumətin Zaqafqaziyadakı siyasətini həyata keçirirdi. Bu komitənin tərkibinə 2kadet, 1menşevik, 1gürcü federalisti və 1 türk müsavatçısı daxil idi. Komitəyə Xarlamov rəhbərlik edirdi. Lakin Rusiyada hakimiyyətə gəlmək ərəfəsində olan bolşeviklər Zaqafqaziyada siyasi qüvvələrini hərəkətə gətirərək 1917-ci ilin oktyabrın 2-7-də Tiflisdə Qafqaz bolşevik təşkilatlarının I qurultayını keçirdilər. Bu qurultayda Qafqaz dairəsi formalaşdı. Bu dairə komitəsinə Çxakaya, Şaumyan, Caparidze, Maxaradze, Nazaretyan, Kasıyan, Mravıyan, Karqanov və sonradan Mikoyan da buraya daxil oldu. 1917-ci ilin oktyabrında Lenin başda olmaqla bolşeviklər hakimiyyəti ələ keçirdilər. Ertəsi gün isə II Sovetlər qurultayında Almaniya və onun müttəfiqləri ilə Rusiya arasında “Sülh haqqında dekret” imzalandı. Bunu qəbul edən Almaniya danışıqlara razılığını verdi. 1918-ci il martın 1-də Brest-Litovskda konfrans öz işinə başladı. Vətəndaş müharibəsində gücdən düşən Rusiya sülh xatirinə Almaniyaya böyük bir ərazini – Qərbi Ukraynanı, Pribaltika və digər torpaqları güzəştə getdi. Elə həmin vaxtlarda Tiflisdə menşevik E.Qeqeçkorinin rəhbərliyi altında Zaqafqaziya komissarlığı yaradılmışdı, lakin bu hakimiyyət də uzun çəkmədi. 1918-ci il bolşeviklər fevralın 10-da Moskvadan aldıqları hərbi-siyasi dəstək ilə regiondakı siyasi hakimiyyəti əlində cəmləşdirmiş seçkili Zaqafqaziya seymini formalaşdırdılar. 1918-ci ildə Brest-Litovski sazişinə görə Türkiyə tərəfi Zaqafqaziya seymindən Qars və Batum dairələrini tələb edirdi. Almanlar isə öz qoşunlarını Gürcüstandan Bakıya aparmaq istəyirdilər. Almanların Bakıya keçişinin qarşısını almağ üçün 1918-ci il aprelin 1-də Türk ordusu Batuma daxil olur. Türk tərəfi, həmçinin Zaqafqaziya seyminin buraxılmasını və Zaqafqaziya respublikalarının müstəqilliyinin elan olunmasını tələb edirdilər. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi məhz o günlərdə qədim İrəvan torpağlarımız hesabına qondarma Ermənistan dövləti yarandı. Bəzi türk paşalarının çox ciddi təzyiqi ilə bu bağışlanılmaz səhfə imza atdılar.Təsadüfi deyil ki, o dövrdə qondarma Ermənistan dövlətini ilk tanıyanlardan da biri də elə Osmanlı imperiyası oldu. Qeyd etmək lazımdır ki, Osmanlı imperiyasının o zamankı liderləri bu qəbildən olan strateji səhvlərə yol verərək İmperiyanın sürətli çöküşünü qaçılmaz edirdilər. Osmanlı iqtisadiyyatının modernləşdirilməsi, ölkəyə müasir Avropa texnologiyalarının cəlb edilməsi, təhsilin və sənayenin inkişaf etdirilməsi əvəzinə sultanlar imperiyanı diplomatik manevrlərlə qoruyub saxlamağa cəhd göstərirdilər. Beləliklə, 1918-ci il aprelin 9-da Seym öz fəaliyyətinin dayandırğını elan etdi. Türk ordusunun komandanı Ənvər Paşa Ərəb cəbhəsindən ordusunun böyük hissəsini çıxararaq Cənubi Qafqaza istiqamətləndirdi. Baxmayaraq ki, bu addım çox riskli addım idi və sonradan bunun nəticəsində Ərəb cəbhəsində Türk ordusunun mövqeləri zəiflədiyindən bu vəziyyət 1918-ci ildə İngilis kəşfiyyatçısı T.Lourens Hicazın şerifi Hüseynin oğlu Feysəlin və Fransız ordusu generalı Allenbinin başçılığı altında olan Antanta qüvvələrinin Dəməşqə qədər irəliləməyinə imkan verdi. Bu ərazi itkilərinin bahasına xilaskar Türk ordusu Qafqaza girərək azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımının qarşısını aldı və Azərbaycana gəlmiş bu ordu ölkəmizin milli müstəqilliyinin yaranmasına təkan verdi. 1918-ci il mayın 28-də Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti (Demokratik Respublika) elan olundu. Beləliklədə Azərbaycan xalqı Şərqdə ilk respublika qurdu. Türk ordusu ilə Azərbaycan milli ordusunun Gəncədən Bakıya istiqamət götürmüş hücumunun qarşısını heç bir mənfur qüvvə ala bilmədi. Bakı milli qüvvələrin əlinə keçdi. Tezliklə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti və Fətəlixan Xoyskinin başçılığı ilə ilk hökuməti təşkil olundu. Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində Milli Ordunun təşkili prosesində və həmçinin dövlətin təhlükəsizliyi baxımından general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Belə ki, 1919-cu il mart ayının 28-də hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü, lakin hərbi idarə çərçivəsində olan bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldirdi. 1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda Səməd bəy Mehmandarov yazırdı (Məmməd Cəfərli. “Azərbaycan Demokratik Respublikasının milli təhlükəsizlik orqanları”, Bakı-2004): “Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz…”. Beləliklə, 1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi mümkünləşdi. Nəhayət 1919-cu il iyunun 9-da Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə Vətənin müdafiə sahəsində fövqəladə səlahiyyətlərə malik olan xüsusi orqan-Dövlət Müdafiə Komitəsi yaradıldı. Respublikanın daxilində və sərhədlərində vəziyyət daha da gərginləşdiyindən Dövlət Müdafiə Komitəsi 1919-cu il iyun ayının 11-də Azərbaycanda fövqəladə vəziyyət elan etdi və elə həmin günlərdə də müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı- “Əksinqilabla Mübarizə Təşkilatı”nı yaratdı. Qısa müddət ərzində Bakıda təşkilatın yeddi rayon bölməsi yaradıldı. Yeni yaradılan bu strukturun rəhbəri Məmməd Bağır Şıxzamanov olur. Ancaq çox keçmir ki, paritet əsaslarla formalaşan “Əksinqilabla Mübarizə Təşkilatı” fəaliyyətsiz hala gəlir.  Parlament  120 nəfərdən  ibarət   idi.  Amma  de-fakto  parlamentin  iclaslarında  120 nəfərin hamısı   müntəzəm  olaraq   iştirak  etmirdi.  Hətta  parlament  yaradılandan  sonra  1919-cu  ilin  əvvəllərində   79  nəfər  iştirak  edirdi. Parlamentdə“Müsavat”partiyası,onlarla  müttəfiq  olan  bitərəf  demokratlar  qrupu, sağçı mövqedən çıxış edən, daha çox  klerikal  əhval-ruhiyyəli insanların, qrupların  maraqlarını  ifadə  etməyə  çalışan “İttihad” partiyası təmsil olunmuşdu. Bunlardan əlavə, Sosialist  Bloku  çox  güclü  bir  qüvvə  idi. Bu bloka Sosial-Demokrat və “Hümmət”partiyalarının üzvləri daxil idi. 1919-cu ildə “Əhrar”partiyası ölkənin partiya sisteminə qoşuldu.Əhrarçılar sosializmin  və  liberalizmin  ideyalarını  öz  proqramında  birləşdirməyə  çalışırdılar.  Milli  azlıqlar Slavyan-Rus İttifaqı, Milli azlıqlar, Erməni və “Daşnaksütyun” fraksiyalarında cəmləşmişdilər. Çox  paradoksal bir məsələ ondan ibarətdir ki,müstəqilliyimizi  tanımayan bu daşnaklar qüvvələrdə parlamentdə   fəaliyyət  göstərirdilər.Bu baxımdan yeni yaradılan “Əksinqilabla Mübarizə Təşkilatı”nda təmsil olunmuş partiyaların nümayəndələri səmərəli işləmək əvəzinə, daha çox bir-birilərini pusur və pozuculuqla məşğul olurdular. Bu da kəşfiyyat və əks-kəşfiyyat işini iflic hala salmışdı. Ona görə də bu paritet əsaslı struktur formalaşmasına etiraz edən Məmməd Bağır Şıxzamanov istefa verir.Məhz bu paritet sistemi əsasında gələcəkdə marşal rütbəsinə qədər boyüyən, sovet dövlətinin Stalin dönəminin əsas simalarından birinə çevriləcək Lavrenti Beriya Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarına, sol yönümlü “Hümmət” siyasi təşkilatının görkəmli nümayəndələrindən biri olan Mirzə Balanın təqdimatı ilə işə götürülmüşdü. Məmməd Bağır Şıxzamanovun bu addımından sonra paritet əsaslı struktur formalaşmadan imtina edilir. Xüsusəndə Türkiyənin müharibədə məğlubiyyəti ilə Azərbaycanda marağı olan ölkələrlin kəşfiyyat orqanların tuğyan etdiyi bir yerə çevrilmişdi. Yeni səviyyədə kəşfiyyat işinin təşkilinə çox ehtiyac vardı. İmperialist dairələr Osmanlı imperiyasının itkiləri ilə kifayətlənməyib, Parisdə konfrans (1919-1920-ci illər) çağırmışdılar, onlar Türkiyəni parçalamaq, türk xalqını qula çevirmək, Azərbaycanı isə İtaliyaya vermək istəyirdilər. Təsadüfi deyil ki, həmin vaxt Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov ABŞ prezidenti Vilsonla görüşərək ondan Azərbaycanın müstəqilliyinin tanınmasını xahiş etmişdi.Onun xahişinə Vilson belə cavab verir: “Düşünürsünüz ki, biz müharibəni cırtdan dövlətlər yaransın deyə aparmışıq?” Lakin müstəqilliyimizin son aylarında bolşevik işğalı təhlükəsindən əndiləşənən ABŞ, həm də İngiltərə Azərbaycan Demokratik Respublikasını müstəqilliyini tanıyırlar. Amma artlğ bu gec atılmış addım idi. Bu baxımdan milli marağlara qulluğ edə biləcək, kəşfiyyat məlumatlarının bu konteksdən toplayacağ peşakar komandaya çox ehtiyac duyulurdu. Ona görə də “Əksinqilabla Mübarizə Təşkilatı”nın yeni rəhbəri Nağı Şıxzamanov isə çox ciddi kadr islahatları həyata keçirərək əsasən sədaqətli peşəkarlardan ibarət komanda formalaşdırır. Bax bu zaman Beriyanın sədaqətinə tam inanan Nağı bəy ona daha məsul vəzifəni tapşırır. O, “Əksinqilabla Mübarizə Təşkilatı”nın məktubların yoxlanılması şöbəsinin rəisi təyin edilir. Əslində, Beriyaya çox ciddi strateji bir sahə tapşırılmışdı. Ona görə ki, o dövrdə məktublar rabitənin ən birinci növü idi. Beriyanın bu təyinatı gələcəkdə onu ittiham atəşinə tutanların ən əsas arqumentinə çevriləcəkdi. Məntiqlə “Hümmətin “Əksinqilabla Mübarizə Təşkilatı”ndakı nümayəndəsi paritet” prinsiplərə son qoyulandan sonra istefa verməli idi, lakin Beriya nəinki bu strukturda öz vəzifəsini qorudu və hətta daha məsul vəzifəyə irəli çəkildi. Əlbəttdə, Beriya sonrakı tərcümeyi-halında bunları tamamən yazmır və gizlədir.
Adgözəl Məmmədov
Share: