1 milyona dərman əvəzinə şaftalı şirəsi satdılar…Dələduzluq..70 yaşlı qadını aldatdılar

Moskvada qəribə hadisə baş verib.
Müstəqil.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə fırıldaqçılar 70 yaşlı bir qadını aldadıb xeyli pulunu alıblar.
Yaşlı qadının sözlərinə görə, yerli poliklinakada qeydiyyatda olduğundan həmin tibb müəssisəsinin əməkdaşı kimi təqdim edən bir xanım tərəfindən ona zəng olub. Zəng edən qız deyib ki, analizlər nəticəsində qadında ciddi ağır xəstəlik aşkar olunub və təklif edib ki, zəruri dərmandan istifadə etməsə həyatı ilə vidalaşa bilər. Qadın razılaşıb və bir müddətdən sonra “dərmanı” bir kişi gətirib. Təhvil verən şəxs qadından 1 milyon rubldan (16 min dollar) çox pul alır.
Qadın bir qədər keçdikdən sonra, “dərmanı” qəbul edəndə anlayıb ki, ona 1 milyon rubla şəftəli şirəsi satıblar. Polisə xəbər verilib və əməliyyatçılar bu işdə əli olan iki kişini yaxalayıblar. Amma, pul qayıtmayıb, çünki oğurlanan pulların çox hissəsinin onlarla əlbir olan adamın apardığı məlum olub. Həmin adamın axtarışı davam edir.

Share: