Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub


Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” nəşr edilib.Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” Ədəbiyyat İnstitutunun Elmi Şurasının3 iyul 2020-ci il tarixli 3 saylı iclasının qərarı ilə çap olunub.

Nəşrin məsləhətçisivə ön sözün müəllifi Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Kitabakademik İsa Həbibbəylinin “Yeni tipli ədəbiyyatşünaslıq nümunəsi”adlı yazısı ilə açılır.

“Elm və təhsil” nəşriyyatında çap olunan, 654 səhifədən ibarət kitabın redaktoru filologiya elmləri doktoru, professor Alxan Bayramoğludur. Tərtibçiləri isə filologiya elmləri doktoru, professor İslam Qəribli və filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımovadır.

Kitaba AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun “Azərbaycan Molla Nəsrəddini” monqrafiyası və seçilmiş məqalələri daxil edilib.

Kitabın nəşriyyat redaktorları filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova, Maral Poladova və Mehparə Axundovadır.

 

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Müstəqil.Az

 

Share: