Əvəz Zeynallı məhkəməyə çıxarılır — Yenilənib

 “Xural TV”nin baş redaktoru Əvəz Zeynallı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc canlı yayımda məlumat verib.

O bildirib ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. Bu maddə ilə onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir. 

Vəkilinin sözlərinə görə, Əvəz Zeynallı özünü təqsirli bilmir.

Qeyd edək ki, bir neçə gün öncə Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət aldığı iddia olunub.

***

“Qafqazinfo” xəbər verir ki, Əvəz Zeynallı dindirildikdən sonra məhkəməyə aparılıb. Baş Prokurorluq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat göndərilib. Yaxın saatlarda növbətçi hakim tərəfindən qərar çıxarılacağı gözlənilir.


Share: