Ətin kəfi nədən xəbər verir?

Əziz xanımlar, heç düşünmüsünüz ki, ət bişirərkən suyun üzərinə yığılan kəf nədən xəbər verir?

Müstəqil.Az Publika.az-a istinadla kulinarlar üçün çox faydalı yazını təqdim edir.

Əslində əti suda qaynadarkən yaranan köpük kütləsi zülaldır. Su qaynayarkən ətin tərkibindəki zülal və mineral duzlar əriyib, kəfə çevrilir və suya qarışır. Əgər ət bişirərkən həlimli bulyona ehtiyacınız olmayacaqsa, əti qaynar suya qoyub bişirin. Əksinə, həlimli və dadlı bulyon istəyirsinizsə, əti soyuq suya atıb, bişirin. Suyun üzərinə yığılan köpük kütləsini tez yığmağa tələsməyin. Çünki, bu kütlənin tərkibində, bulyonunuzu daha da faydalı edəcək, qida maddələri var. Həmçinin kəfin daşmağını istəmirsinizsə, ət qaynadarkən içinə qabığı soyulmuş bütov soğan qoyun. Sonda soğanı atın. Həmçinin nəzərinizə çatdıraq ki, çox tünd rəngli kəf ətin ifraz olmuş qanıdır. Onu tez təmizləmək vacibdir.

Картинки по запросу penka bulyona

Şorba hazırlayarkən köməyinizə çatacaq kiçik hiylələr:

Şorbanın bulyonu çox duzlu alınıbsa, içinə tənzifə bükülmüş 1 ovuc düyü qoyun. Düyü duzu özünə çəkəcək. Yadda saxlamaq lazımdır ki, yüksək odda bişən zaman ət, aşağı dərəcədə bişən vaxt isə, bulyon daha ləzzətli olacaq. Ətli bulyona duzu, ət tam bişmədən 30 dəqiqə əvvəl, balıq şorbasına isə elə bişməyə qoyan kimi səpmək lazımdır.

Şorbanın kəfi suyun dibinə enibsə, üzülməyin. Qazana 1 stəkan soyuq su tökün. Kəf suyun üzünə çıxan kimi təmizləyin. Şorbanı bişirərkən, içinə dəfnə yarpağı atmısınızsa, hazır olan kimi, yarpağı çıxardın.

Şorbanıza xüsusi ətir və rəng qatmaq istəyirsinizsə, içinə qaynadılmış soğan qabığının suyunu əlavə edin. Bu həm də bir çox xəstəliklərə faydalıdır. Şorbaya 1 neçə qaşıq ələnmiş un töksəniz, daha doyumlu olacaq. Eləcə də, C vitamini parçalanmayacaq. İstəyirsinizmi bulyonunuz çox dadlı alınsın. O zaman, bulyon, bişər-bişməz içinə 1 diş əzilmiş sarımsaq atın.

Share: