Əfsanəvi musiqiçi yenidən səhnədə

Britaniyalı rok musiqiçisi və “Black Sabbath” qrupunun lideri Ozzy Osbourne yenidən səhnəyə qayıtmaq və yaradıcılığını davam etdirmək qərarına gəlib.

Kulis.az xəbər verir ki, sənətçi bu barədə “Metal Hammer”ə danışıb.

Sənətçinin fiziki cəhətdən çətin olsa belə, vaxtaşırı konsertlərini davam etdirəcəyi bildirilir. Osbourne Avropa turnesinin ləğvinə baxmayaraq qərarlı olduğunu qeyd edib.

“55 ildir bu işlə məşğulam. Bu, mənim başıma gələn ən yaxşı şeydir “, – deyə musiqiçi əlavə edib.

Qeyd edək ki, fevralın əvvəlində 74 yaşlı ifaçı kürəyindəki problemlərə görə dünya turnesi çərçivəsində baş tutmalı olan bütün konsertlərini də ləğv edib. O, azarkeşlərə dəstək və xoş arzularına görə təşəkkür edib.

 

Share: