Ərdoğanın sözçüsü Rusiyanın elan etdiyi atəşkəslə bağlı danışdı

“Fikrimizcə, atəşkəs rejimi 36 saat yox, daha çox davam etməlidir. İndiki vaxtda bu məsələ ilə bağlı tərəflər sabit qərar qəbul etməyib. Bu da münaqişə tərəflərinin çıxılmaz vəziyyətdə olduğunun göstəricisidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

O bildirib ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlar zamanı elan etdiyi atəşkəs 36 saatdan çox davam etməlidir:

“Türkiyə tərəfi hərbi əməliyyatların dayandırılması üçün dialoq şəraitinin formalaşdırılması üçün hər cür səy göstərməyə hazırdır. Türkiyə yaxın günlərdə Zaporojye Atom Elektrik Stansiyasına bitişik ərazilərdə atəşkəsin təmin edilməsi istiqamətində səylərini davam etdirəcək”.


Share: