Ərdoğan Bakıdadır – Foto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya yola düşüb.

Müstəqil.Az  xəbər verir ki, Ərdoğanın təyyarəsi Atatürk hava limanından 09:10-da havaya qalxıb.

Ərdoğanı səfəri zamanı Türkiyə Müdafiə naziri Hulusi Akarın müşayiət edəcəyi vurğulanıb.

Qeyd edək ki, bu gün Bakıda Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi şərəfinə parad keçiriləcək. Azadlıq meydanında baş tutacaq paradı Türkiyə lideri Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev izləyəcək.

***

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 15-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Müstəqil.Az

 

 

Share: