Ərdoğanı təhqir edən jurnalistə həbs cəzası verildi…

Türkiyənin tanınmış jurnalisti Hüsnü Mahalli yazılarının birində və qatıldığı televiziya proqramındakı çıxışında prezident Rəcəb Tayyib Ərdoğanı və dövlət məmurlarını təhqir etməkdə ittiham olunaraq, həbs edilib.
Müstəqil.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə onun barəsində prezidenti təhqir etdiyinə görə 2 il 5 ay 5 gün, dövlət məmurlarını təhqir etdiyi üçün isə 1 il 8 ay 25 gün müddətinə həbs qərarı çıxarıb.
Share: