Ərdoğandan Trampın qərarına SƏRT REAKSİYA: Bölgədə YENİ KRİZ yaranacaq

ABŞ Prezidenti Donald Trampın Qolan təpələri ilə bağlı qərarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərt reaksiya verib.

Müstəqil.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidentinin açıqlamasına münasibət bildirən Ərdoğan “Talehsiz bir açıqlama bölgəni yeni bir krizin astanasına gətirib”, deyə bildirib.

Qeyd edək ki, Tramp Tvitter mikrobloqunda yazıb ki, 52 ildən sonra İsrailin Qolan təpələrində suverenliyini tanımağın zamanı gəldi.

Share: