Ərdoğan və Putin Soçidə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb.
Ərdoğanın olduğu “CAN” təyyarəsi günorta saatlarında Soçiyə eniş edib.
Bu dəqiqələrdə isə Türkiyə prezidenti ilə rusiyalı həmkarı Vladimir Putin arasında təkbətək görüş başlayıb.
Xatırladaq ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönməz, maliyyə naziri Berat Albayrak, müdafiə naziri Hulusi Akar və ticarət naziri Ruhsar Pekcan Ərdoğanı Soçi şəhərində müşayiət edir. (Oxu.Az)

Share: