Ərdoğan Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etmək istəyir

“Sentyabrın ilk həftəsində üç ölkəsini əhatə edən Balkan turuna çıxacağam”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamasında bildirib.

O, Ukrayna münaqişəsiin həllindən də danışıb.

“Ukrayna taxılının ölkəmiz vasitəsilə dünyaya çatdırılması bəşəriyyət üçün önəmli bir hadisədir.

İnanıram ki, Ukrayna-Rusiya müharibəsində ölkəmizin atdığı dinc addımın digər sahələrdə də mühüm nəticələri olacaq. Məqsədimiz Putinlə Zelenskini ölkəmizdə bir araya gətirmək və böhranı kökündən həll etməkdir.

Hamı şahiddir ki, biz Rusiya-Ukrayna müharibəsini yekunlaşdırmaq üçün bütün səylərimizi sərf edirik”, – deyə Ərdoğan bəyan edib.

Mənbə: TRT

Share: