Ərdoğan Putini müdafiə etdi — Mənfi danışmayın

“Avropa liderlərinə dedim ki, Rusiya kimi dövlətin başçısına hər yerdə mənfi yanaşsanız, o, da öz duruşunu əzdirmədən dünyaya göstərəcək”.

“Qafqazinfo”xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ATV telekanalına müsahibəsi zamanı deyib.

O, qeyd edib ki, Praqada kiminlə görüşübsə, onunla Putinin əleyhinə danışıblar:

“Bir lider olaraq sizə hücumlar edilsə, siz buna göz yumarsınızmı? Etməzsiniz. Mənə qarşı edilsə, mən də etmərəm. Nə lazımdırsa, onu da edərəm. Cənab Putinin də etdiyi budur. Dünyada 3-5 hörmətli ölkələrdən olan Rusiyanın başçısı olacaqsınız və sonra durub belə hücumlara göz yumacaqsınız. Mümkün deyil”.


Share: