Ərdoğan Putindən bu üç rayonumuzu istədi – Türk diplomat şifrələri açdı – ÖZƏL

Türkiyə prezidenti Kuveyt səfərində rusiyalı həmkarı ilə görüşündən bəhs edib.

O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunu da müzakirə ediblər.

Hətta Ərdoğan qeyd edib ki, Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər: “Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var. “Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Putin bunun mümkün olduğunu hesab edir”, – deyə R.T.Ərdoğan bildirib.

Görüşün Azərbaycan üçün daha vacib detallarını isə Ərdoğanın Bakıda olan müşaviri Yalçın Topçu açıqlayıb.

Müstəqil. Az bildiri ki, o, bunu A24.az-ın əməkdaşı ilə müsahibəsində bildirib  ki, bütün dünyanın gözü önündə xaincə, alçaqca baş verən işğala son veriləcək. Qarabağ torpaqlarının tamamı qeyd-şərtsiz əsl sahibi olan Azərbaycana geri qaytarılacaq. Və o gün uzaqda deyil.

O daha sonra işğal altında qalan rayonlardan kilid əhəmiyyəti daşıyanların adını da çəkib.

Şuşa, Laçın, Ağdam…

“Tədbirin açılışındakı çıxışımda Şuşanın, Laçının, Ağdamın adını çəkdim və bu da səbəbsiz deyildi”.  – deyən diplomat Ərdoğanla – Putinin masasında konkret bu rayonların adının hallanmasına da işarə edərək, şifrələr üçün ipucu verib.

Müstəqil. Az

Share: