Ərdoğan koronavirusa yoluxdu: səhiyyə naziri məlumat yaydı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxub. Bunu dövlət başçısı özü tviterdə yazıb.

R.T.Ərdoğanda koronavirusun “omikron” ştamı aşkarlanıb.

“Bu gün yüngül əlamətlərindən dolayı həyat yoldaşımla birlikdə verdiyimiz COVID-19 testimizin nəticəsi müsbət çıxıb. “Omikron” variantı olan xəstəliyi yüngül keçiririk. Vəzifəmizin başındayıq. İşlərimizə evdə davam edəcəyik. Dualarınızı gözləyirik”, – prezident bildirib.

 

Fahrettin Qoca

Türkiyənin səhiyyə naziri Fahrettin Qoca Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhəti haqda məlumat yayıb.

Belə ki, Fahrettin Qoca tviterdə yazıb ki, Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhətinin vəziyyəti yaxşıdır və xəstəlik onların işinə mane olmur. Nazir qeyd edib ki, ölkə lideri və həyat yoldaşında xəstəlik yüngül formadadır.

 

 

Müstəqil.Az

Share: