Ərdoğan İsrail Baş naziri ilə görüşdü — Foto

BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Yair Lapidlə görüşüb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının sədri Hakan Fidan və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da iştirak edib.


Share: