Ərdoğan irəlidədir — Nəticələr açıqlanır

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanır.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin nəticələrə əsasən, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 58,0 faiz səslə öndədir.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 42,0 faiz səslə ikincidir. 


Share: