Ərdoğan İlham Əliyevin təbrikindən danışdı

Xəbər verdiyimiz kimi, Türkiyədə keçirilən prezident seçkilərində növbəti dəfə qalib gələn Rəcəb Tayyib Ərdoğan Kısıklıda xalqa müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan çıxışında xalqa öz təşəkkürlərini ifadə edib.

O, bununla yanaşı Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla dünya üzrə həmkarlarından təbrik mesajları və zəngləri aldığını qeyd edib.

Türkiyə mediası və əksər televiziyası İlham Əliyevin Ərdoğanı təbrik etməsi xəbərinə geniş yer verib və bu təbrik xüsusi vurğulanıb.

 


Share: