“Ərdoğan güclü liderdir” — Putin

“Ərdoğan güclü lider və ölkəsinin maraqlarını rəhbər tutan şəxsdir.  O, ilk növbədə və bəlkə də müstəsna olaraq Türkiyənin, türk xalqının maraqlarını və Türkiyə iqtisadiyyatının maraqlarını rəhbər tutan güclü liderdir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin gündəmlə bağlı açıqlamalar verən zaman deyib.

Onun sözlərinə görə, Ərdoğan heç vaxt üçüncü ölkələrin öz maraqlarını rəhbər tutmalarına imkan vermir.

“O, əlbəttə ki, bizimlə dialoqda da hər şeydən əvvəl öz ölkəsinin maraqlarını qoruyur. Bu mənada, ümumilikdə Türkiyə və xüsusilə Prezident Ərdoğan asan tərəfdaş deyil”.


Share: