Ərdoğan danışarkən arxasında əyləşənlər kimlər idi? — Diqqətçəkən məqamlar

Xəbər verdiyimiz kimi, iyunun 3-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, 4000 qonağın iştirak etdiyi mərasim xeyli diqqət çəkib. 

Belə ki, Ərdoğan çıxış edərkən onun arxasında əyləşənlər böyük marağa səbəb olub.

Ərdoğanın arxasında zəlzələ qurbanları, şəhid yaxınları, qazilər, mədənçilər, idmançılar, din xadimləri yer alıb. Orada Nobel Elm Mükafatı laureatı Əziz Sancar, futbolçu Məsut Özil, 15 İyul Şəhidlərinin yaxınları da yer alıb. Bildirilib ki, Ərdoğanın arxasında duranlar “Türkiyə Yüzyılını” əks etdirəcək adlardır.


Share: