Ərdoğan ABŞ-a gedir…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək. Səfər sentyabrın 25-də baş tutacaq.
Səfər zamanı türk lider BMT Baş Assambleyasının iclasında iştirak edəcək. İclasda Ərdoğan Suriyadakı vəziyyət, miqrant böhranı və BMT-nin quruluşu ilə bağlı çıxış edəcək.
Türkiyə və ABŞ arasında gərginliyin yaşandığı dövrdə baş tutan səfər çərçivəsində Ərdoğanın Trampla görüşüb-görüşməyəcəyi isə yaxın vaxtlarda dəqiqləşəcək. (Oxu.Az)

Share: