Paşinyan Azərbaycan Ordusunun gücündən qorxuya düşdü və… – “Biz hazırıq”

Azərbaycan Ordusunun işğal altındakı ərazilərin bir qisminin azad olunması ilə ilə nəticələnən uğurlu əməliyyatı və 26 iyunda hərbi paradda Ordumuzun qüdrətinin nümayiş olunmasından sonra İrəvanda ciddi narahatlıq yaranıb.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, erməni ekspertlər müharibənin yenidən başlayacağı və Azərbaycanın ciddi zərbələr endirəcəyi haqda danışırlar. Bu fikirlər Ermənistan ictimaiyyətində qorxulara səbəb olub.

Ermənistanın baş naziri Nikol Paşinyan isə ictimaiyyəti sakitləşdirməyə yönəlik hərbi ritorika ilə çıxış edib.

Ermənistanın hərbi hava qüvvələri gününə həsr olunmuş mərasimdə çıxışı zamanı Paşinyan iddia edib ki, onlar havada və quruda müdafiəyə hazırdırlar.

“Biz havada və quruda ciddi müdafiəyə hazırıq”, – deyə o bildirib.

Müstəqil.Az

Share: