Əmircan qəsəbəsində yaşayış binasında partlayış…

Əmircan qəsəbəsində ikimərtəbəli çoxmənzilli yaşayış binasında partlayış baş verib.

Müstəqil.Az  FHN-ə istinadən xəbər verir ki, partlayış binanın 2-ci mərtəbəsində yerləşən mənzillərdən birinin mətbəxində məişət qazının sızması nəticəsində baş verib. Nəticədə mənzilin arakəsmə və xarici divarları, pəncərə və qapı çərçivələri qismən dağılıb.

Partlayış zamanı ev sahibi yanıq xəsarətləri alıb və ona Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib. 20 nəfər bina sakini əraziyə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Aidiyyəti qurumlar partlayış hadisəsi ilə bağlı məlumatlandırılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Share: