Əməkdar jurnalistlərin təqaüdləri artırıldı…

Prezidentin sərəncamı “Əməkdar” fəxri adını almış jurnalistlərə də şamil ediləcək. Sərəncama əsasən onların təqaüdləri martın 1-dən artırılacaq. Belə ki, əvvəlcə bu təqaüd 60 manat idisə, hazırda 100 manat olacaq.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, bu sözləri bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Musavat.com-a açıqlamasında bildirib.

Qeyd edək ki, fevralın 22-də prezidentin sərəncamı ilə fərdi, xüsusi və fəxri adlara görə aylıq təqaüdlər artırılıb.

Dəyişikliyə görə prezidentin fərdi təqaüdünün məbləğinin martın 1-dən 1300 manatdan 1450 manatadək, gənc istedadlara xüsusi təqaüdlər 300 manatdan 400 manata qədər artırılıb. Həmçinin martın 1-dən “Xalq” fəxri adından ötrü təqaüd 150 manat, “Əməkdar” fəxri adına görə isə 100 manat müəyyən edilib. Bundan əvvəl “Xalq” fəxri adına görə 100, “Əməkdar” fəxri adına görə isə hər ay 60 manat ödənilirdi.

Xatırladaq ki, ölkə mətbuatında “Əməkdar” fəxri adını almış çoxsaylı jurnalistlər var. Onlardan “Yeni Müsavat” qəzetinin baş redkatoru Rauf Arifoğlu, qəzetin redaktoru Zahid Səfəroğlu, “Ayna”, “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, “Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı və digərlərini qeyd etmək olar.

Share: