Əməkdar artistin maşınını soydular – FOTOLAR

Əməkdar artist Nurlan Növrəslinin başına iş gəlib.
Müğənninin avtomobili qarət olunub. Ceyhun Hacıbəyli 282 ünvanında 99-KK-622 dövlət nömrə nişanlı “Renault Sandero” markalı maşının şüşəsi sındırılaraq içərisindən “Samsung S8” markalı telefon, pul qabı və təqaüd kartı götürülüb.
Növrəsli artıq Nərimanov rayon Polis İdarəsinə çağırılaraq ifadə verib. 20-ci polis bölməsinin əməkdaşları oğrunu yaxalayıb. (Qafqazinfo)


Share: