“Əlli iki illik yorğunluq bu təbriklərlə canımdan çıxır”-ƏSƏD CAHANGİR

Poema yazan ilk tənqidçi! Ədəbi-tənqid dərgisi yaradan ilk tənqidçi! Mahnı bəstələyən ilk tənqidçi! “Qızıl kəlmə” mükafatı alan ilk tənqidçi! Yaşar Qarayev mükafatı alan ilk tənqidçi! Postmodernizmdən yazan ilk tənqidçi! Postinsandan yazan ilk tənqidçi! Müstəqillik dövrünün ilk tənqidçisi! Gələcək zamanın posttənqidçisi! Söhbətin Əsəd Cahangirdən getdiyini deməyə, yəqin ki, ehtiyac yoxdur. Bu gün görkəmli tənqidçimizin, çağdaş ədəbi-bədii prosesinin ədalətli arbitrinin, yolgöstərəninin, ədəbiyyat filosofunun anadan olan günüdür.
Moderator.az -a açıqlamasında Əsəd Cahangir bildirdi ki, bu dəfəki ad günü həyatına daha bir ilk ilə daxil olur. O bu dəfəki ad gününü ədəbi-tənqidi və jurnalistlik fəaliyyətinə görə Respublika Prezidenti tərəfindən bağışlanan yeni mənzilində qeyd edəcək:
“Hər il ad günümü qələm dostlarırmla restoranlardan birində qeyd edərdim. Bu məkanı dəyişmək istəyirəm. Ad günümü Respublika Prezidentinin bağışladığı təzə mənzilimdə qeyd edəcəm. Respublikanın hər yerindən tanıdığım və tanımadığım adamlar ya sosial şəbəkədə, ya da telefonla zəng edib məni təbrik edirlər. Bu çox xoş hissdir. 52 iki illik yorğunluq bu təbriklərlə canımdan çıxır. Bütün təbrik edənlərə sağ ol deyirəm. Bizə ruh verən Allahın dəstəyi və insanların sevgisidir. Allahıma şükr edirəm ki, öz dəstəyini və xalqın sevgisini məndən əsirgəməyib”.
Müstəqil.Az

Share: